Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Şou Biznes / Siyavuş Novruzov ad günündə təltif edildi

Siyavuş Novruzov ad günündə təltif edildi

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin yaranmasının 15 illiyi ilə əlaqədar olaraq Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində təntənəli yubiley tədbiri keçirilib.

Müdafiə Nazirliyinin rəsmilərinin, nazir müavinlərinin, millət vəkillərinin, ziyalıların qatıldığı tədbirdə şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına və vətənpərvər ictimai təkilat rəhbərlərinə “Fədai” medalları təqdim olunub.
Təltif edilənlər arasında Azərbaycanda vətəndaş cəmiyətinin inkişafında, gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında, müharibə veteranlarının, şəhid ailələrinin sosial problemlərinin həllində yaxından iştirak edən, veteranların dostu, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov da olub.

Qeyd edək ki, bu gün S.Novruzovun doğum günüdür. Millət vəkili 17 fevral 1969-cu ildə Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olub. AzVision.az

Həmçinin oxuyun

“Bir az kökələn kimi başqa sözlər yazırlar” – Könül Kərimova

Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. …

Bir cavab yazın