Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Siyasətçilər istirahətlərini harda və necə keçirir?

Siyasətçilər istirahətlərini harda və necə keçirir?

Yay mövsümünün artıq son günlərini  yaşayırıq. Ölkənin bir sıra məşhur və tanınmışları hazırda ya istirahətdədir, ya da ki, artıq yay tətillərini  başa vurub fəaliyyətlərinə davam etməyə başlayıblar. Çox güman ki, dincəlmək üçün Azərbaycanın səfalı guşələrinə üz tutan və ya xaricə yollanan tanınmışlar arasında siyasətçilər də var.
Bəs görəsən siyasətçilər bu il yay istirahətlərini necə və harda qeyd edir?
Azərbaycan Demokrat Partiyasnın sədri Sərdar Cəlaoğlu bu yay qətiyyən istirahət etmədiyini, bütün gücünü “Qurani-Kərim”lə bağlı yazdığı kitaba səfərbər etdiyini bildirib:
“Gecə-gündüz çalışıram ki, kitabımı başa çatdırım. Bu mənim üçün ən gözəl istirahətdir”.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də bu yay istirahət etmədiyini deyib:
“Çox təəssüf ki, işlərimin çoxluğundan bu il istirahətə gedə bilmədim. Qarşıdan bələdiyyə seçkiləri gəlir, bu səbəbdən çoxlu sayda tədbir və konfranslar həyata keçirir, partiyamızın gənclərinin təqdim etidiyi layihələr üzərində işlər aparırıq”.
Böyük Quruluş Partiyasının (BQB) sədri, deputat Fazil Mustafa xaricdə istirahət etməyi sevmədiyini bildirib:
“Bu yaxınlarda Gürcüstana getmişdim, lakin ora dincəlmək üçün deyil, “Elat” bayramına qatılmaq üçün yollanmışdım. Ümumiyyəltə isə əsasən Bakıda istirahət etməyi sevirəm.
Hazırda “Azərbaycanda türk kimliyi və antitürk tarix problemi” adlı kitabımın üzərində işləyirəm. Yəni yaradıcılıq, yazı-pozu işi ilə məşğulam. Vaxtım olduqca dənizə gedir, idmanla məşğul oluram”.
Müsavat Partiyasının başqan müavini Elman Fəttah da partiyanın digər üzvləri kimi parlament seçkiləri ilə əlaqədar olaraq hazırlıq prosesləri ilə məşğul olduğunu deyib:
“Bu il parlament seçkiləri olacaq. Artıq seçki gününə az vaxt qalıb. Üstəliki seçki ilə bağlı prosedurlar daha ağır formaya salındığından kifayət qədər sənədləri qaydasına salmalıyıq. Buna görə də evdə 1-2 saat vaxt tapıb dincələndə bunu özümüzə qənimət hesab edirik”.
E.Fəttah Azərbaycanda istirahət etmənin baha başa gəlməsindən də şikayətlənib:
“Xaricdə istirahət etmək üçün maddi imkanımız yoxdur. Azəbaycanın isə  hansısa istirahət zonasına gedib dincəlmək xarici ölklərdən daha baha başa gəlir. Buna görə imkan tapdıqca istirahəti elə evdə keçirib dincəlirik”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc isə hazırda Azərbaycanın səfalı guşələrindən olan Laza kəndində, Şahdağ yüksəkliyinin “Şah yaylaq” dağının ətəyində dincəlir:
“Azərbaycannın ən gözəl ərazisində, Qoşa Şəlalənin olduğu yerdə dincəlmək çox gözəldir”.
Millət vəkili Fəzail Ağamalı bu günlərdə Qax rayonundakı istirahətindən artıq geri qayıdıb. Millət vəkili bildirib ki, istirahətini Bakıdakı bağ evində davam edəcək:
“10 gün Bakıdan kənarda, Qax rayonunda yaxşıca dincələ bildim. Buna çox ehtiyacım vardı, çünki, bu il işlərdən xeyli yorulmuşdum. İstirahət zamanı özümü bütün təmas və əlaqələrdən uzaq tutdum. Daha çox yatıb dincəlməklə istirahət etdim. Çoxdan mütailə etdiyim F.Dostoyevskinin “Alçaldılmışlar və təhqir olunmuşlar” əsərini yenidən oxudum. Bu əsəri çox sevirəm.
Hazırda isə Bakıdayam, bir neçə gün də burdakı bağ evimdə dincəlməyi planlaşdırıram”.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın