Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Şirvanda «prava» dollarla satılır

Şirvanda «prava» dollarla satılır

Gundeminfo.az-ın redaksiyasına qəribə bir xəbər daxil olub

Salyan rayon sakini X.X adlı şəxs bildirir ki, dünən Şirvan «merosun»a müraciət edib. Müraciət edən vətəndaşa bildiriblər ki, sürücülük vəsiqəsi almaq üçün qiymətlərdə dəyişiklik var. «Mero»nun Malik adlı işçisi «təzə maşın almısınız, həm də dollar bahalaşıb, təzə maşın almağa pul tapırsınızsa, sürücülük vəsiqəsi də 47 faiz bahalaşıb» deyib.

Rayon sakini deyir ki, əslən Salyandan olan Məmmədyarov rayonda böyük nifuz sahibi olub. Uzun illər ölkənin hüquq mühafizə sistemində çalışmış Məmmədyarovun nəinki Salyan rayonunda başqa rayonlarda da böyük nifuzu olub. Lakin Şirvan İmtahan Qeydiyyat Şöbəsində bəzi vəzifəli şəxslər rəisin xəbəri olmadan vətəndaşlara əngəl yaradırlar. Bu da rəisin nifuzuna xələl gətirir.

Redaksiyamıza bilgi verən mənbə iddia edir ki, bir neçə gündür ki, Şirvan «Mero» sunda da vətəndaşlar səbəbsiz şəkildə get-gelə salınır.

Onu da əlavə edək ki, Şirvan İmtahan Qeydiyyat Şöbəsinin rəisi Vüqar Məmmədyarovun qardaşı Mahir Məmmədyarov Sumqayıt istiqamətində Saray Postunda tağım komandiri vəzifəsində çalışır. Məmmədyarovların daha bir qohumu isə Sabirabad Rayon Yol Polisi İdarəsinin rəisi postunda işləyir. Aldığımız məlumatlara əsasən Məmmədyarovların Dövlət Yol Polisi sistemində bu qədər böyük postlara sahib olmalarına səbəb onların şəxsi nifuzu ilə bağlıdır.

Lakin informasiyalarda onların yaxın ətraflarındakı şəxslərin demək olar ki, bu məsələ ilə bağlı olaraq bir sıra məqamları nəzərə almamaları olub. Yəni onların tabeçiliklərində olan şəxslər rəis olduqları ərazilərdə Məmmədyarovların adı xələl gətirirlər.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın