Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Sınıq Körpü”də kütləvi dava, gömrük işçisi döyülüb

“Sınıq Körpü”də kütləvi dava, gömrük işçisi döyülüb

Qazax rayonunda Dövlət Gömrük Komitəsinin (DGK) işçisi döyülüb.

Məlumata görə, bu gün axşam saatlarında “Sınıq Körpü” gömrük-keçid məntəqəsində dispetçer işləyən Qazax rayon İkinci Şıxlı kənd sakini, 1986-cı il təvəllüdlü Rəşad Həmid oğlu Musayev ilə Gürcüstan vətəndaşları arasında mübahisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

Bu zaman hadisə yerinə gələn gömrük işçisinin qardaşı, 1982-ci il təvəllüdlü Tural Musayev də döyülüb. Hər iki qardaş müxtəlif bədən xəsarətləri alaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara həkimlər tərəfindən tibbi yardım göstərilib və qardaşlar travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, Rəşad və Tural Musayevlərin vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın