Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Şou Biznes / Sinan Özən qızı üçün dua edilməsini istədi – FOTO

Sinan Özən qızı üçün dua edilməsini istədi – FOTO

Türkiyənin məşhur müğənnisi Sinan Özen sosial media hesabından sevənlərinə müraciət edərək, qızı Neva üçün dua edilməsini istəyib. İfaçının qızı qarşıdakı həftə yeddinci dəfə əməliyyat olunacaq.

Bu brədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, Sinan Özen və həyat yoldaşı Burcu Kartalın fevral ayında əkiz uşaqları dünyaya gəlib. Ancaq oğluna Sanberk, qızlarına Neva adını verən cütlüyün sevinci qısa çəkib. Belə ki, az müddətdən sonra qızlarında bağırsaq problemləri ortaya çıxıb. Balaca dünyaya gələndən bəri artıq altı dəfə əməliyyat olunub. Yeddinci əməliyyat isə oktyabrın 17-nə təyin olunub.

İfaçı bununla bağlı özünün “Instagram” hesabında paylaşım edib:

“Güclü qızlar, güclü sabahlar deməkdir. “11 oktyabr Qız Uşaqları Günü”nüz mübarək olsun. Bu vəsilə ilə oktyabrın 17-də vacib əməliyyata girəcək qızım Neva üçün dualarınızı əksik etməməyinizi istəyirəm”.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …