Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Şou Biznes / Silahlı qüvvələr irimiqyaslı təlimlərə başladı

Silahlı qüvvələr irimiqyaslı təlimlərə başladı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər başlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.

Təlimlər zamanı qoşunların döyüşə tam hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi üzrə tapşırıqlar icra olunacaq. Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçuş aparatlarından istifadə olunacaq.

Həmçinin oxuyun

“Bunu sübut etsə, ona 50 min manat pul verəcəm“ – Pərvin

Kasıblarla bağlı fikrinə görə tənqid atəşinə tutulan aktrisa Pərvin Abıyeva şəbəkə istifadəçilərinə cavab verib. Sosial …

Bir cavab yazın