Ana səhifə / Şou Biznes / Şikayətçilər Zakir Qaralovun maşınının qarşısını kəsdi

Şikayətçilər Zakir Qaralovun maşınının qarşısını kəsdi

Bu gün səhər saatlarında müxtəlif problemləri olan 12 şikayətçi Baş Prokurorluğun binası yaxınlığında baş prokuror Zakir Qaralovun avtomobilinin qarşısını kəsib.

Mia.az xəbər verir ki, Cebhe.info-ya daxil olan məlumata görə, şikayətçilər səhər saatlarından Baş Prokurorluğun binasının qarşısına toplaşaraq Zakir Qaralovun işə gəldiyi vaxtı gözləyiblər. Prokurorluğun əməkdaşları binanın qarşısına toplaşan şikayətçilərə müdaxilə etməyə cəhd göstərib. Hətta prokuror Emil Mirzəyev Zakir Qaralovu gözləyən etirazçıları ərazidən uzaqlaşdırmağa çalışıb.Prokurorluq əməkdaşlarının şəkil çəkmək istəyən şikayətçilərdən birinə qarşı kobud davrandıqları, şəkil çəkilməsinə imkan verilmədiyi bildirilir. Amma şikayətçilər sakit halda baş prokurorun qəbuluna düşmək istəyində olduqlarını bildiriblər. Şikayətçilər Zakir Qaralovun gəldiyini görüb onun avtomobilinin qarşısında dayanıblar və qəbula düşmələrini tələb ediblər. Baş prokuror dərhal 12 şikayətçinin ərizəsini götürərək, onları qəbul edib. Qəbul zamanı Zakir Qaralov şikayətçiləri dinləyib. Prokurorluq əməkdaşlarına şikayətçilərin problemlərinin araşdırılması və hər biri haqqında ona məlumat verilməsinə dair göstəriş verib.
Qeyd edək ki, Zakir Qaralovun qəbuluna düşənlər illərdir problemlərinə biganə münasibət, məsələrə qeyri-obyektiv yanaşılması və məhkəmələrin işə düzgün baxmamasından şikayətçidir.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın