Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “ShamkirChess 2017” turnirində Şəhriyar Məmmədyarov lider olaraq qalır

“ShamkirChess 2017” turnirində Şəhriyar Məmmədyarov lider olaraq qalır

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2017” turnirində VII tura yekun vurulub. “Report”un məlumatına görə, turun heç bir görüşlərində qalib gələn olmayıb.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ağ fiqurlarla ingiltərəli Maykl Adamsla, Teymur Rəcəbov bolqar Veselin Topalovla heç-heçə edib. Pavel Elyanov (Ukrayna) – Uesli So (ABŞ), Sergey Karyakin (Rusiya) – Vladimir Kramnik (Rusiya) və Pentala Harikrişna (Hindistan) – Radoslav Voytaşek (Polşa) qarşılaşmaları da eyni hesabla nəticələnib – 0,5:0,5.

Yeddi turdan sonra Məmmədyarov 5 xalla liderdir. Hərəyə 4 xala malik Topalov, So və Adams 2 – 4-cü yerləri bölüşür. Elyanov 3,5 xalla 5-ci pillədə qərarlaşıbsa, Kramnik, Karyakin, Rəcəbov və Voytaşek 3 xalla 6 – 9-cu, Harikrişna 2,5 xalla 10-cu yerdədir.

Aprelin 29-da keçiriləcək 8-ci turda Voytaşek Məmmədyarovla, So Rəcəbovla, Kramnik Adamsla, Topalov Harikrişna ilə, Karyakin isə Elyanovla üz-üzə gələcək.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın