Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Şou Biznes / Şeyx və deputatlar Lənkəranskinin 40 mərasiminə qatıldı

Şeyx və deputatlar Lənkəranskinin 40 mərasiminə qatıldı

Bu gün Lənkəran şəhərində azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin 40 mərasimi keçirilir.

40 mərasimi Rövşən Lənkəranskinin ata evində təşkil olunub.

Mərasimlə əlaqədar isə mərhumun yaxınları və qohumları, həmçinin rayon camaatı Lənkəranın Kiçik Bazar qəbiristanlığında dəfn olunan Rövşən Lənkəranskinin məzarını da ziyarət ediblər.

Həmçinin, Rövşən Lənkəranskinin 40 mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Milli Məclisin deputatları – Fəzail Ağamalı, rayon İcra Hakimiyyətinin rəsmiləri və digər şəxslər iştirak edir.

Xatırladaq ki, Rövşən Lənkəranski bu il avqustun 18-də gecə saatlarında Türkiyədə qətlə yetirilib. Onunla bərabər sürücüsü də öldürülüb.(Ölkə.Az)

Həmçinin oxuyun

Səbinə: “Prodüser müğənninin şəxsi mülkü deyil”

Tanınmış prodüser Səbinə Rəcəbli həmkarlarını tənqid edib.  “Ölkə.Az”-a danışan Rəcəbli onları müğənnilərə həddindən artıq üz …

Bir cavab yazın