Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Seymur Baycan büstünü düzəltmək üçün pul yığır

Seymur Baycan büstünü düzəltmək üçün pul yığır

Seymur Baycan Facebook səhifəsində büstünün düzəldilməsi üçün müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Qardaşlar və bacılar, xanımlar və bəylər, analar və atalar, babalar və nənələr, əmilər və dayılar, xalalar və bibilər, kəndlilər və şəhərlilər, savadlılar və savadsızlar, qlamurlar və qlamur olmayanlar, homo və heteroseksuallar, qarakurtkalılar və qırmızıxələtlilər bir müddət əvvəl müsahibəmdə öz büstümü düzəltməklə bağlı istəyimi bildirmişdim. Bir çox insanlar bunu zarafat kimi qəbul etdilər, ancaq burda heç bir zarafat notları yoxdu, ciddiyəm. Büstümü düzəltməklə bağlı ianə toplamağa qərar verdim. Kimin nə qədər gücü çatır, şəkildəki bank hesablarına göndərə bilər.”

Xatırladaq ki, Seymur Baycan bir müddət əvvəl Kulisə müsahibəsində heykəlinin qoyulmasını istədiyini demişdi: “Hər gün öz heykəlimin qarşısında dayanım, heykəlimin qarşısına çiçək qoyum. Bu arzu məni məhv edir. İndi istəyirəm yaxın dostlardan ianə yığım. Hərə bacardığı qədər kömək etsin. Heç olmasa özümün balaca büstümü düzəltdirim.”

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın