Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Şeyma evlənsə, Acun ona pul verməyəcək – Protokol açıqlandı

Şeyma evlənsə, Acun ona pul verməyəcək – Protokol açıqlandı

Doqquz ildir münasibətdə olan və doqquz dəqiqədə ayrılan Acun Ilıcalı və Şeyma Subaşının boşanma protokolu mətbuata təqdim olunub. “Qafqazinfo” xəbər verir ki, imzalanan protokola əsasən, Subaşına 10 milyon TL dəyərində ev alınacaq, mülk qızları Melisanın adına sənədləşəcək.

Şeyma hazırki yaşadığı evdən çıxaraq yeni alınacaq mənzilə köçəcək. Cütlüyün 5 yaşlı qızı Melisanın qəyyumluğu anasına veriləcək. Acun Subaşına 115 min TL yoxsulluq, Melisaya, əvvəlcə 10 min TL aliment verəcək. 29 yaşlı Subaşı evlənərsə, 115 minlik aliment ləğv olunacaq.

Bundan əlavə, hər iki tərəf ailə münasibətləri barədə TV , radio, sosial şəbəkələrdə məlumat verməyəcək.  Acun və Şeyma protokol xaricində bir-birinə maddi və mənəvi təzminat tələb etməyəcəklər. Melisanın təhsillə bağlı bütün xərcləri Ilıcalı tərəfindən qarşılanacaq.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …