Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Sevimli dad”ın sosiskalarında şok əxlaqsızlıq – FOTO

“Sevimli dad”ın sosiskalarında şok əxlaqsızlıq – FOTO

“Sevimli dad” şirkətinə məxsus uşaq sosiskalarının üzərində biabırçı reklam şəkli yerləşdirilib.

Axar.az xəbər verir ki, Turan Hüseynov adlı Feysbuk istifadəçisi bu faktı əks etdirən foto paylaşıb. Həmin şəkildən belə görünür ki, sosiska məhsullarının üzqabığında oğlan uşağının penisi yerinə sosiska qoyulub. Onun yanındakı iki körpə isə sosiskaya heyranlıqla baxır.

Bu fotonun yayılmasından sonra sosial şəbəkələrdə müzakirələr başlanıb və şirkətin bu əxlaqsız reklamına etiraz olunub. Uşaq sosiskalarının üzərinə reklam üçün belə bir eybəcər şəklin qoyulması, əxlaqsız fikrin təlqin olunması pislənilib.

Şəkli paylaşan T.Hüseynov qeyd edib ki, insanların alt şüuruna müxtəlif yollarla təsir edilir: “Belə bir çirkin və əxlaqsız şəkili “Sevimli dad” şirkəti uşaqlar üçün hazırlanan sosiskalarin üzqabığında dərc edir. Bu acı reallığa çox ciddi reaksiya verilməlidir”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın