Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Şou Biznes / Sevil-Sevinc bacıları “Instagram”da rulet satır – Biri 20 manata

Sevil-Sevinc bacıları “Instagram”da rulet satır – Biri 20 manata

Sevil və Sevinc Səfərova bacıları “ATV Maqazin onlarla” proqramının qonağı olublar.

Yenisabah.az xəbər verir ki, əkizlər şirniyyat bişirərək “İnstagram”da satışa çıxardıqlarını bildiriblər:

“Ruletlər bişirib “Instagram”da satırıq. Bir ruletin qiyməti 20 manatdır. Hazırlanmasına ərzaqlar çox gedir – istər ədviyyat olsun, istərsə də kərə yağı. Butik restoran açmaq niyyətindəyik. Orada müştərilərə ev yeməkləri təqdim olunacaq. Həmin yeməkləri də bacım Sevil bişirəcək. Menyuda əsas da sarı plov olacaq”.

Qeyd edək ki, Sevil və Sevinc Səfərova bacılarının şəhərin mərkəzində ayaqqabı butikləri və gözəllik salonları var. Onlar ötən il  şəhərin mərkəzi küçələrinin birində restoran açdıqları da deyilirdi.

Həmçinin oxuyun

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq …