Bazar ertəsi , May 20 2019
Ana səhifə / Şou Biznes / Sevil Əliyeva : “Heydər Əliyevin iqamətgahında qalıram”

Sevil Əliyeva : “Heydər Əliyevin iqamətgahında qalıram”

Heydər Əliyevin qızı, Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Bakıya gəlib.

Bu barədə virtualaz.org saytına qısa açıqlamasında Sevil xanım özü məlumat verib.

“Çoxdan idi valideynlərimin məzarını ziyarət etmirdim. Yeni Bakının gözəlliklərini görməyi də çox istəyirdim. Biz hazırda atamın bir vaxtlar yaşadığı iqamətgahda qalırıq. O, bizi həmişə aşağıda, qapının qarşısında qarşılayardı. Həmin anlar həmişə gözümün önündədir, unutmamışam. Bu ev bizə atamı xatırladır. O, bizi sonuncu dəfə də buradan yola salmışdı” – deyə Sevil Əliyeva bildirib.

Sevil xanım Bakıya övladları ilə birlikdə gəldiyini deyib: “Burada övladlarımla bir yerdəyəm. Bulvarı gəzdik. Zooparka getdik. Şəhəri gəzdik. Həddən artıq çoxlu fotolar çəkmişəm. Yeri gəlmişkən, şəhərdə xeyli adam məni tanıyır və onlar da şəkil çəkidrməyi xahiş edirlər”.

Sevil Əliyevanın sözlərinə görə, o, Bakıya azad bir insan kimi bir neçə günlüyə gəlib.

Xatırladaq ki, S.Əliyeva son illər övladlarrı ilə birlikdə Londonda yaşayır.

Virtualaz.org

Həmçinin oxuyun

Natavanla bağlı təklifə “yox” cavabı – Video

Aparıcı Zaur Kamal Əməkdar artist Röya Ayxana küsülü olduğu müğənni Natavan Həbibi ilə bağlı sual …

Bir cavab yazın