Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Sevda Sanaliyeva: “Səndən yaşamaq haqqını aldım, suya həsrət oldun” – FOTO

Sevda Sanaliyeva: “Səndən yaşamaq haqqını aldım, suya həsrət oldun” – FOTO

Müğənni Sevda Sanaliyeva anasının ölümündən yazıb.

Sosial şəbəkədə anası ilə fotosunu paylaşan ifaçı çətin günlər keçirdiklərindən bəhs edib: “4 il sənsiz… Sənsiz bu 4 ildə neçə dəfə gülmüşəm? Dadlı yeməkləri necə iştahla yemişəm? Ən sevdiyim suyu, çayı sənsiz necə içə bilmişəm? Axı sən sağ vaxtında da içə bilmirdin. Həsrət idin, suya… Necə yaşadım sənsiz? Sevdiyin verilişlər hələ də gedir, sevdiyin aktyorlar, mahnılar… Sevmədiyin qonşunu mən də sevmirəm, hələ də kinliyəm ona… Bəyəndiyin insanların xasiyyətinə diqqət edirəm, onlar kimi olanları sevirəm. Çünki sən heç vaxt yanılmadın, ana… Hərdən pisi yaxşıdan ayırmaq çətin gəlir, onda səni fikirləşirəm. Uşaqlarım doğulandan sonra sənə veriləcək o qədər sualım oldu ki… Amma cavab verə bilmirəm. Sənsiz yaşaya bildiyim üçün aldığım hər nəfəsdən utanıram. Məni bağışla… Sənin yaşamağın üçün canımı da, ruhumu da verməyə hazır idim. Məni bağışla, ömrün 5 idi, 3 etdim. Səndən yaşamaq haqqını aldım. Qız nəvəsi istəyirdin, sənin kimi olsun, deyirdin. Oldu ana, amma mənə oxşamasın. Güclü olsun. Məni səni sevdiyim kimi sevməsin. Mən olmayanda mənim günümə düşməsin. Burada çox əziyyət çəkdin, son nəfəsinə qədər əziyyət çəkdin”.

Qeyd edək ki, müğənninin anası Rahilə Həmidova 2015-ci ildə vəfat edib. Ona böyrək köçürülsə də, həyatını xilas etmək mümkün olmayıb.Musavat.com

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …