Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Şou Biznes / Sevda nişanlısından danışdı: “İnstaqramda iki cümlə yazdı, sonra isə…” – VİDEO

Sevda nişanlısından danışdı: “İnstaqramda iki cümlə yazdı, sonra isə…” – VİDEO

Müğənni Sevda Yahyayeva “Sevgi nəyə deyirsən sən?” adlı klipinə təqdimat mərasimi keçirib.

Media nümayəndələrini başına toplayan sənətçi ekran işində “kənd qızı” obrazını canlandırdığını söyləyib. Nail Naiboğlunun ekranlaşdırdığı klipdə aktyor Ruslan Sabirli rol alıb.

Çəkiliş zamanı üşüdüyünü deyən Sevda geyimlərini özünün seçdiyini vurğulayıb: “Özüm Qobuda böyümüşəm. Yay tətillərində həmişə Qubaya və Salyana nənəmgilə gedərdim. Orada kənd həyatının şahidi idim. Buna görə də bu həyat mənə yad deyil. Hər zaman qlamur obrazlarda klipim olub deyə bu dəfə başqa cür görünmək istədim”.

Müğənni bildirib ki, mahnı 20 il öncə ərsəyə gəlib: “Mahnını əməkdar artist Ədalət Şükürov 20 il öncə ərsəyə gətirib. Biz fərqli aranjimanla təqdim etdik. Çox bəyəndim, ümid edirəm tamaşaçılar da bəyənər”.

Bir neçə gün öncə nişananlan müğənni toyunun yayda olacağını bildirib: “Sosial şəbəkədə tanış olmuşuq. Hər şey instaqramda yazdığı iki cümlə ilə başladı. Əslində toya qədər gizlədəcəkdim, lakin yayıldı. Nişanlım sənətimi sevir, mənə dəstək olur. Evlənəndən sonra sənətdən getməyəcəm”. 

Qeyd edək ki, Sevda genetik-laborant Zakir Bayramovla nişanlanıb. 

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …