Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Şou Biznes / Sevda: “Nişanlım musiqini sevir”

Sevda: “Nişanlım musiqini sevir”

Müğənni Sevda Yahyayeva Əməkdar artist Elza Seyidcahanın onla bağlı dediyi “Toyunu onlayn etsin, tarixə düşsün” sözlərinə cavab verib.


Sənətçi “7 canlı” proqramında onlayn toy arzulamadığını söyləyib:

“Elza xanımın gözəl ürəyi var və əla insandır. Amma mən tarixə düşmək istəmirəm. Onlayn toy olmasın. Hamıya xoş günlər arzulayıram”.

Toyu ilə bağlı suallara cavab verən Sevda bildirib ki, hazırlıqları yarımçıq qalıb: “Karantin bitən kimi toy olacaq. Nişanlım musiqini sevir. Zövqü də gözəldir. Sevinirəm ki, belə gözəl zövqlü, yaxşı insan qabağıma çıxdı. Ailəcanlı insanam. Bilmirəm gələcəkdə nə olacaq. Amma ən xeyirlisi olsun. Aramızda 4 yaş fərq var”.(open.az)

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …