Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Şou Biznes / Sevda Ələkbərzadə: “Çıxış etdiyim festivallar “Eurovision”dan üstündür”

Sevda Ələkbərzadə: “Çıxış etdiyim festivallar “Eurovision”dan üstündür”

“Eurovision”a heç vaxt qatılmaram, onların siyasəti xoşuma gəlmir”.

Bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə “MTV Azərbaycan”da yayımlanan söhbətsiz verilişində deyib.
Həmçinin, builki təmsilçimiz Çingiz Mustafayevdən söz açan sənətçi müsabiqəni ciddi qəbul etmədiyini söyləyib:
“Əvvəllər seyr edirdim, son illər isə baxmıram. Amma təmsilçilərimizdən və mahnılarından xəbərim var. Çingiz illərdir özünü axtarırdı, onun mahnısını çox bəyəndim. Bundan sonra bu stildə ifa etsin. Çingizin pik nöqtəsi məhz, bu musiqi idi. Samir Cavadzadə ilə Elnuru və Sabina Babayevanı çox bəyənmişəm. Bu yarışmada dövlət dövlətə səs verir. Təbliğatı xoşuma gəlmir. Ciddi musiqi müsabiqəsi deyil. Çıxış etdiyim festivallar “Eurovision”dan üstündür. Orada əsas şoudur, mən də şou adamı deyiləm. Orada iştirakımızı isə labüd hesab edirəm. Bu, bir reklamdır. Ən gözəl şouları biz göstərmişik”.

Həmçinin oxuyun

Sevda ikinci ərindən də ayrıldı – Foto

Müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən ayrılıb. “Yeni Sabah” xəbər verir ki, o, boşandığını …