Ana səhifə / Şou Biznes / “Samsung Galaxy S8 Active” təqdim olundu – VİDEO

“Samsung Galaxy S8 Active” təqdim olundu – VİDEO

“Samsung” korporasiyası “Galaxy S8” flaqmanının daha yaxşı müdafiəyə malik versiyası – “Galaxy S8 Active” smartfonunu rəsmən təqdim edib.

İKT.lent.az-ın “Ferra” portalına istinadən verdiyi xəbərə görə, cihaz metal çərçivəli korpusa malikdir və 1,5 metr hündürlükdən hamar səthə düşərkən hər hansı problem yaranmır. “S8”dən fərqli olaraq, “S8 Active” maili deyil, düz və 5,8 ölçülü, 2960*1440 Super AMOLED displeylə təchiz olunub. Displey “Gorilla Glass 5” mühafizə şüşəsinə sahibdir.

Əgər “Galaxy S8” smartfonu IP68 standartı üzrə toz və nəmdən qorunma texnologiyasına malikdirsə, “S8 Active” möhkəmlik üzrə MIL-STD-810G hərbi standartı ilə öyünə bilər. “S8”in batareyasının həcmi 3000 mAs, “S8 Active”in batareyasının həcmi isə 4000 mAs-dır. Qalan digər xüsusiyyətlərinə görə smartfonlar fərqlənmir.

Yeni smartfonun satışına avqustun 11-də başlanacaq. Lakin əvvəlcə satış üçün eksklüziv hüquq yalnız ABŞ-ın AT&T şirkətində olacaq. Cihazın qiyməti 850 dollar təşkil edəcək.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın