Çərşənbə , Aprel 10 2024
Ana səhifə / Şou Biznes / Samiraldonu ələ saldılar – Üstəlik məhkəməyə verirlər

Samiraldonu ələ saldılar – Üstəlik məhkəməyə verirlər

Yanacaqdoldurma məntəqəsinin sahibi stilist Samir Əliyevi (Samiraldo) məhkəməyə verir.

Bu barədə “Qafqazinfo”ya stilistin özü məlumat verib.

Samiraldo bildirib ki, buna səbəb onun instaqram da paylaşdığı videolarda həmin şəxsin adını çəkməsi olub.

“Mən maşın aldığım gündən cəmi bir yanacaqdoldurma məntəqəsinə gedirəm. Hər dəfə ora gedəndə məni ələ salırdılar. İşçilərin belə hərəkətlərinə görə əsəbiləşirdim. Bir gün Tbilisi prospektində yerləşən İST Petrolun rəhbəri Misir müəllimin yanına getdim. Dedim ki, Misir müəllim, sizin işçilər məni niyə təhqir edib ələ salırlar? O da cavab verdi ki, fikir vermə, belə şeylər çox ola bilər. Mən də dedim ki, eyib olmaz, ona sübut edərəm ki, tanınmış insan necə olur.

Hər dəfə həmin yanacaqdoldurma məntəqəsinə gələndə özüm üçün videolar çəkməyə başladım. Bir gün də həmin yerdə işçilərlə söhbətimi lentə aldım, instaqramda paylaşdım. Misir müəllimin adı da videolarda hallanırdı. Dünən benzin doldurmağa getmişəm, mənə dedilər ki, sən Misir müəllimin şərəf və ləyaqətini alçatmısan, bu səbəbdən səni məhkəməyə verəcək. Mən də dedim ki, mən sizi məhkəməyə verə bilərəm. Siz məni ələ salıb təhqir etmisiz. Videoda Misir bəyin üzünü filan göstərməmişəm. Sadəcə olaraq adını çəkmişəm”.

Həmçinin oxuyun

Faiq Ağayev evlənməməyindən DANIŞDI

“Kişi istər-istəməz həyat yoldaşını anaslıyla müqayisə edir, yemək, cəmiyyətə çıxmaq məsələsində və sair. Mən heç …

Bir cavab yazın