Ana səhifə / Şou Biznes / Samir Piriyev-Kamran Həsənli qalmaqalı böyüyür: 80 min dolları kim “yeyib”?

Samir Piriyev-Kamran Həsənli qalmaqalı böyüyür: 80 min dolları kim “yeyib”?

Bir müddətdir gündəmdə olan müğənni Samir Piriyev və şoumen Kamran Həsənli arasındanı gərginlik səngimir. Müğənni şoumeni dələduzluqda ittiham edir, hətta bacısını da bu işə qatıb. Kamran Həsənli isə ittihamların doğru olmadığını və pulun şərikli biznesdə batdığını deyir. Bununla belə onu qaytaracağını bildirir.

Türkiyədə şərikli biznes təşəbbüsü iki tanınmışın arasını vurub. Bir müddətdir gündəmdə olan bu qalmaqal səngimir.

Məhşur müğənni ilə aparıcı arasında yaşanan mübahisəyə səbəb quracaqları işə qoyduqları puldur. Müğənni Samir Piriyev Türkiyədə quracaqları işə görə Kamran Həsənliyə 115 min dollar pul verib. Elə bütün problemdən bundan sonra başlayıb.

Pulların şirkətə qoyulduğunu və həmin şirkətin müflis olduğunu deyən Kamran Həsənlinin sözlərinə görə müğənninin adına səhmlər var. Ancaq Samir Priyev ona məxsus hansısa səhmlə bağlı sənəd olmadığını deyir.

Ayrı-ayrılıqda mətbuat konfransı keçirən tərəflər artıq məhkəməyə də müraciət edib. Müğənni Samir Piriyev hətta Kamran Həsənlinin bacısı Gülər Həsənlini də dələduzluqda ittiham edir. Müğənninin vəkili Ruslan Əhmədoğlunun sözlərinə görə o, Daxili işlər nazirliyinə məsələ ilə bağlı müraciət də edib.

Xəzərxəbər

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın