Ana səhifə / Şou Biznes / Şamaxının icra başçısından prezident İlham Əliyevə şikayət…

Şamaxının icra başçısından prezident İlham Əliyevə şikayət…

Şamaxıdan Oqtay Tarverdi adlı bir şikayətçi Moderator.az vasitəsilə prezident İlham Əliyevə müraciət edərək icra başçısı Asif Ağayevin qanunsuz əməllərindən şikayətlənib:

Cənab prezident!

Artıq dördüncü ildir ki, mənim haqqımda böyük haqsızlığa yol verilmiş, bir vətəndaş kimi Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş hüquqlarım pozulmuşdur. Yeni Azərbaycan Partiyasının üzvü, 3-cü dərəcəli dövlət qulluqçusu, dörd uşaq atası öz doğma Vətənində, öz respublikasında ayrı – seçkiliyə məruz qoyulmuşdur.

Cənab Prezident!

Orta ixtisas təhsilli olduğuma görə kənd icra nümayəndəsinin müavini vəzifəsindən xaric olunmuşam. Başqa yerdə də işə götürmədilər ki, yaşım 35 – i keçmişdir. Müraciət etmədiyim orqan qalmadı. Bəziləri məhkəməyə müraciət etməyi məsləhət gördülər. Mən Sumqayıt İnzibati – İqtisadi Məhkəməsinə müraciət etdim. Məhkəmə qanunsuz olaraq işdən azad olunduğumu əsas tutaraq mənim öz iş yerimə bərpa olunmaq və bərpa olunacağım günə kimi orta aylıq əmək haqqımın ödənilməsi barədə qərar verdi.

Cənab Prezident!

Həmin qərarla razılmayan Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Sumqayıt Apellyasiya Məhəməsinə Apellyasiya şikayəti verdi. Apellyasiya Məhkəməsi İcra Başçısının şikyətini təmin etmədi və mənim qərarım qüvvədə saxlandı. 01sentyabr 2014 – cü iltarixdən qərar icra olunmaq üçün Ədliyyə Nazirliyi Şamaxı rayon İcra qrupuna yönəldi. Azərbaycan Respublikası Konstitusiyasının 129 – cu maddəsinin tələblərininə əməl etməyən Şamaxı rayon İcra hakimiyyətinin başçısı 2015 – ci ilin may ayında Ali Məhkəməyə kassasiya şikayəti məqsədilə müraciət etsə də Azərbaycan Respublikasının Ali Məhkəməsi şikayəti təmin etmədi. Bu günə kimi şikayət ünvanlamadığım dövlət orqanı qalmamışdır. Bütün şikayətlərimə baxmayaraq heç bir nəticə yoxdur.

Cənab Prezident!

Təəssüf ki, hüquqlarımın Şamaxının icra başçısı tərəfindən pozulmasıyla bağlı Sizə ünvanladığım saysız – hesabsız müraciətlərımə də heç bir cavab verilmir. Bu isə məni çox narahat edir. Ümid edirəm ki, mətbuat vasitəsilə etdiyim bu dəfəki müraciətim cavabsız qalmayacaq və nəhayət, Azərbaycan qanunlarını saya salmayan icra başçısı bununla bağlı haqq etdiyi cəzanı alacaq, pozulmuş hüququmsa bərpa olunacaq.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın