Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Şou Biznes / Şamaxı Təhsil şöbəsinin müdiri: “Mətbuat qızın adından saxta müsahibə yayıb” – QALMAQAL

Şamaxı Təhsil şöbəsinin müdiri: “Mətbuat qızın adından saxta müsahibə yayıb” – QALMAQAL

Bir neçə gün medianın gündəmi tutan Şamaxıdakı “müəllim-şagird hadisəsi” haqqında yazılmayanlar qalmadı. Söhbət Şamaxı rayonu Pirbəhli kənd orta məktəbində 15 yaşlı şagirdini zorlamaqda ittiham edilən tarix müəllimi Elnur İbrahimovun məsələsindən gedir. Şamaxı rayon Təhsil şöbəsinin nümayəndələrindən tutmuş oğlanın və qızın atasına, hətta qızın özünə qədər müshaibələr alındı, mediada tirajlandı. Telekanallar da olaya biganə qalmadı, kənddən müxtəlif səpkidə reportajlar təqdom olundu.
Yazılarda, reportajlarda tərəflər müxtəlif fikirlər səsləndirdilər. Amma ən çox məktəbli qızın müsahibəsi müzakirə edildi. Yetkinlik yaşına çatamayan bir qızın o müsahibədəki kimi danışması birmənalı qarşılanmadı.

Lakin maraqlıdır ki, Şamaxı rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev Modern.az saytına açıqlamasında bildirib ki, hadisədə adı hallanan qız heç bir yerə açıqlama, müsahibə verməyib.

“Bu hadisələr müzakirə olunarkən qızın atasını yanıma çağırdım. Ata bildirdi ki, həm özü, həm də qızı heç bir KİV-ə böyük müshaibə verməyiblər. Qızın atası Valeh kişi əlavə etdi ki, “ölkə.az” saytından ona zəng edilib və bildirilib ki, Respublika Prokrorluğunun İstintaq Şöbəsindədirlər, kəndə izahat alınmağa gələcəklər. Bu da kəndçi adam, inanıb”. Şöbə müdiri deyir ki, Valeh kişi qızı heç bir mətbu orqana danışmayıb və övladının dilindən yayımlanan müsahibədə qeyd edilən qeyri-əxlaqi ifadələr ona məxsus deyil.

“Hər halda yetkinlik yaşına çatamayan şəxsdən müshaibə almaq və adından material vermək qanunaziddir”,-deyə Eyvaz Eminalıyev vurğulayıb.

Eyni zamanda E.Eminaliyev qızın məktəbli kimi təqdim edilməsini də yanlış hesab edir. “O qız 2015-ci ildə 9-ci sinifi, ümumi orta təhsili bitirib və şəhadətnaməsini alıb. Daha sonra o təhsilini davam etdirməyib. Ondan məktəbli kimi istifadə edib, televiziya və mətbuatın reytinq qazanması düzgün deyil. Bu, bir ailənin faciəsidir. Bunu bu qədər şişirtmək düzgün deyil”.

Şöbə müdiri qeyd edib ki, müəllim Elnur İbrahimov mart ayının 29-dan kənddən çıxıb.

“Məktəb direktorunun verdiyi məlumata görə, ailəsini, uşaqlarını götürərək kənddən çıxıb. Məktəb direktoru dəfələrlə ona zəng edib, cavab verməyib və ya telefonu söndürüb, evinə adam yollayıblar, qapı bağlı olub. Bu müddətdə Elnur İbrahimov işə çıxmadığı üçün may 3-də müəllimlikdən azad edilib və əmək müqaviləsinin xitam verilməsi haqqında əmr imzalanıb”.

Xatırladaq ki, 9-cu sinif şagirdi olan qızın sözlərinə görə, müəllim Elnur İbrahimov onu gecə öz yaşadıqları həyətdə ayaqyoluna getmək istəyəndə saxlayaraq, zorlayıb.

Elnur İbrahimovun 25 yaşı var. Ailəli olan müəllim 2 uşaq atasıdır. Pirbəhli kəndindəki məktəbdə 4 ildir işləyirmiş.

Qızın valideynləri deyirlər ki, dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, cinayətin açılmasına E.İbrahimov mane olub.
Belə ki, Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan 15 yaşlı qızın bakirə olduğu haqda rəy verib.

Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda təqsirləndirilən müəllimlə bağlı Cinayət Məcəlləsinin 152-ci maddəsi (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) üzrə cinayət işi açılıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 152-ci maddəsi (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə təqsirləndirilən şəxsin 3 il müddətində azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.

Əgər 15 yaşlı məktəbli qızı zorlamaqda təqsirkar bilinən tarix müəllimi Elnur İbrahimovun cinayəti sübuta yetirilsə, onu 3 il müddətində həbs gözləyir.

Həmçinin oxuyun

Səbinə: “Prodüser müğənninin şəxsi mülkü deyil”

Tanınmış prodüser Səbinə Rəcəbli həmkarlarını tənqid edib.  “Ölkə.Az”-a danışan Rəcəbli onları müğənnilərə həddindən artıq üz …

Bir cavab yazın