Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Şairin intiharının təfərrüatları məlum olub: “7 yerdə evi vardı”

Şairin intiharının təfərrüatları məlum olub: “7 yerdə evi vardı”

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

Qeyd edək ki, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü şair Niyaz Əsgərov özünü yaşadığı evdə asıb.

Sabirabad kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Niyaz Əsgərov əvvəlcə özünü dəm qazı ilə boğmaq istəyib:

“Niyaz Bakıda yaşayır. Dünən kəndə gəlib və ilk əvvəl evindəki qazı açıb ki, özünü dəm qazında boğsun. Amma ölməyib. Sonra da gedib qaraja özünü asıb öldürüb. Ailəlidir, bir qızı, bir oğlu var, gözəl atadır.”

Sakinlərin sözlərinə görə, Niyaz Əsgərovun maddi imkanları yaxşı olub: “Bakıda 7 yerdə evi, maşınları, böyük biznesi var. Səhhətində heç bir problem olmayıb.”

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın