Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Şahlar Əsgərov: “Təhsili gündən-günə mürəkkəbləşdirirlər”

Şahlar Əsgərov: “Təhsili gündən-günə mürəkkəbləşdirirlər”

Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, təhsil üzrə ekspert Şahlar Əsgərov deyir ki, Azərbaycanda bilik qiymətləndirilməsinin fəlsəfəsi işlənilməyib: “Burada böyük bir biliksizlik hökm sürür. Azərbaycanda 5, 10, 100, 700 ballı qiymətləndirmə var və neçə il də 9 ballı qiymətləndirmə olub. Mən təqribən milyon yarım tələbəsi olan ölkədə bu qədər qiymətləndirmənin olmasını anormal sayıram. Bu, çox böyük mənfi nəticələr gətirir”.

“Təhsil mürəkkəb sistemdir və respublika əhalisinin böyük bir hissəsini əhatə edir. Mürəkkəb sistemləri öyrənmək çətindir, lakin onların hissələri bir daha mürəkkəbləşdiriləndə, bu, daha çox çətinləşir. Bizdə son illərdə təhsili gündən günə mürəkkəbləşdirirlər. Təhsil mürəkkəbləşəndə isə problemin həlli daha da çətinləşir. Problemlərin həll olunması üçün mürəkkəb sistem sadələşdirilməlidir, təhsil isə vahid mərkəzdən idarə olunmalıdır” — deyə o bildirib. (Sputnik)

 

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın