Cümə axşamı , May 23 2019
Ana səhifə / Şou Biznes / Şah İsmayılın şəkli konyak şüşələri üzərində – ədalətlidirmi? – Foto

Şah İsmayılın şəkli konyak şüşələri üzərində – ədalətlidirmi? – Foto

Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri də heç şübhəsiz, Şah İsmayıl Xətaidir. Onun şəxsi ilə bağlı bəzi ziddiyyətli yanaşmalara rəğmən, Xətai öz dövrünün parlaq isimlərindən biri kimi, 14 yaşında hakimiyyətə gəlib Azərbaycanı ilk dəfə vahid dövlətdə birləşdirən sima kimi tarixə düşüb. Səfəvilər dövlətini yaradan Şah İsmayıl həmçinin, Azərbaycan ədəbiyyatında öz yeri olan şairlərdəndir.
Musavat.com cenubnews.com-a istinadən Xətainin öz hakimiyyəti dövründə dininə, dilinə üstünlük verən şəxsiyyət kimi də xatırladaraq qeyd edir ki, ilk dəfə olaraq türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısı da məhz Şah İsmayıl xətai olub: “Şah İsmayıl habelə zəmanəsinin dindar lideri olub. O, həmişə Əhli-Beyt (ə)-a xas xüsusiyyətləri öz hakimiyyətinə inikas etdirməyə çalışırdı. Hər zaman inancına görə əziyyətlər görən Əhli-Beyt (ə) tərəfdarları onun hakimiyyəti dövründə rahat yaşayıblar. Şah İsmayılın qurduğu Səfəvilər dövləti tarixdə “Qızılbaşlar” dövləti kimi də tanınır, çünki onlar 12 imamın şərəfinə başlarına on iki zolaq bağlayardılar. Bir sözlə, Səfəvi dövləti Azərbaycan tarixində islama və xalqa xidmət eləmiş yeganə dövlət idi”.
Azərbaycanın həm ədəbiyyat, həm də tarix kitablarında Xətai haqqında yetərincə məlumatlar var və sevindiricidir ki, indiki tədris kitablarında da bu dahi şəxs haqqında xeyli məlumatlar verilir. Ancaq təəssüflər olsun ki, Şah İsmayıl çox yanlış tərəflərdən də təbliğ olunur. Məsələn, Azərbaycanda fəaliyyət göstərən şərab zavodu üstündə Şah İsmayıl Xətainin şəkili olan, “Şah İsmayıl” adlı konyak istehsal edərək satışa buraxır.
Fikrimizcə, bu, təkcə Azərbaycan tarixinə, Azərbaycan şairinə deyil, Azərbaycanda islamın yayılmasında mühüm rolu olmuş bir şəxsiyyətə hörmətsizlikdir. Belə neqativ hallara göz yumularsa, gələcək nəsillərdə Şah İsmayılı haqda yanlış təsəvvürlər formalaşa bilər.
Ümid edirik ki, müvafiq dövlət qurumları, Qafqaz Müsəlmanları İdarəsi, Dini Komitə bu fakta laqeyd qalmayacaqlar.

 

Həmçinin oxuyun

“Röyanı yeyərəm, heç kimlə paylaşmaram” – Nadir efirdə olduğunu unutdu – FOTO

Röyanın harasında plastik əməliyyat edərdin?Bu sualla Zaur Kamal aparıcısı olduğu proqramda Nadir Qafarzadəyə müraciət edib.Nadir …

Bir cavab yazın