Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Şagirdlə kobud davranan müəllimə işdən uzaqlaşdırıldı

Şagirdlə kobud davranan müəllimə işdən uzaqlaşdırıldı

Əhmədli qəsəbəsində yerləşən 245 nömrəli tam orta məktəbin texnologiya müəlliməsi məktəb direktorunun müvafiq əmri ilə müvəqqəti olaraq işdən kənarlaşdırılıb.

Buna səbəb müəllimə Qənimət Əhmədovanın adının müxtəlif hadisələrdə səslənməsidir.

Bir neçə gündür adıçəkilən xanım müəllimənin döyülməsi ilə bağlı yerli KİV-də məlumat yayılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Qənimət Əhmədovanın döyülməsi ilə bağlı quruma heç bir məlumat daxil olmayıb.

“Əksinə, 245 nömrəli məktəbdə fəaliyyət göstərən Əhmədova Qənimət İmran qızının şagirdlə kobud davranışı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) valideyn şikayəti daxil olub. Bu barədə BŞTİ-nin Daxili nəzarət sektoru tərəfindən araşdırma aparılıb. Eyni zamanda hal-hazırda hüquq-mühafizə orqanları həmin məsələni araşdırdığı üçün məktəb direktorunun müvafiq əmri ilə mühafizə orqanlarının yekun qərarına qədər sözügedən müəllimə müvəqqəti işdən kənarlaşdırılıb”, – deyə qurumun mətbuat xidmətindən bildiriblər.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın