Çərşənbə axşamı , İyul 7 2020
Ana səhifə / Şou Biznes / Şadlıq sarayında bomba həyəcanı

Şadlıq sarayında bomba həyəcanı

Dekabrın 30-da Xaçmazdakı şadlıq saraylarının birinə bomba qoyulması barədə yalan məlumat verən telefon dələduzu tutulub.

ANS PRESS-in məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsinə rayonun “Almas” şadlıq sarayına bomba qoyulması haqda məlumat daxil olub. Məlumatı özünü Samir Süleymanov kimi təqdim edən şəxs verib.

Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub və xəbərin yalan çıxmasından sonra Samir Süleymanov həbs edilib.

Xaçmaz RPŞ-nin müstəntiqi Elxan Allahverdiyevin ANS-ə deyib ki, ilkin araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs adını da yalan deyib:“Yalan məlumat verən şəxsin adı Samir Süleymanov deyil, Şamil Süleymanovdu. Sərxoş halda olarkən bu əməli törədən Süleymanov Xaçmazın istənilən yerində partlayış olacağını bildirib”.

Saxlanılarkən polisə müqavimət də göstərən 1962-ci il təvəllüdlü Şamil Süleymanovun barəsində artıq Xaçmaz RPŞ-də Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə cinayət işi açılıb. Qəsdən terrorçuluq barədə səhv məlumat verməni təsbit edən bu maddə ilə Şamil Süleymanovu 5 ildən 8 ilədək həbs cəzası gözləyir.

Daha əvvəl telefon dələduzu Quba şəhərində polisə Beynəlxalq Bankın həmin şəhərdəki filialında bomba olduğu haqda yalan məlumat vermişdi.

“Almas” şadlıq evi

Həmçinin oxuyun

“Bizim millətimiz çox qudurğan millətdir…” – Məleykə Əsədova

Feysbuk sosial şəbəkəsindəki böyük səhifələrdə tanınmış aktrisa, xalq artisti Məleykə Əsədovanın Azərbaycan xalqını təhqir etməsinə …

Bir cavab yazın