Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Saday Şəkərli ev dustağlığına buraxılacaq? – MEDİA

Saday Şəkərli ev dustağlığına buraxılacaq? – MEDİA

Hazırda həbsdə olan tanınmış şair Saday Şəkərli haqqında seçilən həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənə bilər. Bu barədə Moderator.az-a şairin həyat yoldaşı Əminə Şəkərova məlumat verib. Onun sözlərinə görə, fevralın 12-də Vergilər Nazirliyi tərəfindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı məktub onda şairin ev dustaqlığına buraxıla biləcəyi ilə bağlı ümid hissi yaradıb.
Məlumat üçün qeyd edək ki, Vergilər Nazirliyindən anti-korrupsiya idarəsinə ünvanlanan mürciətdə deyilir:
“Azərbaycan Respublikasının baş prokurorunun müavini, Azərbaycan Respiblikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə baş İdarəsinin rəisi, II dərəcəli dövlət-ədliyyə müşaviri cənab Kamran Əliyevə
Hörmətli Kamran müəllim. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaş Saday Şəkərli haqqında … nömrəli cinayət işinə əsasən istintaq olduğunu nəzərə alaraq, həmin şəxs barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqqında vətəndaş Əminə Şəkərovanın Vergilər Nazirliyinə daxil olan 5.02.2016-cı il tarixli və 9.02.2016-cı il tarixli müraciətləri sizə göndərilərək aidiyyatı üzrə baxılması üçün müvafiq göstəriş verməyinizi xahiş edirəm.
Hörmətlə, nazirin müavini, II dərəcəli dövlət-vergi xidməti müşaviri Namiq Əliyev”.
Ə.Şəkərovanın sözlərinə görə, o, vergilər naziri Fazil Məmmədova məktub vasitəsi ilə iki dəfə müraciət edib. 5 fevral tarixindəki ilk müraciətində S.Şəkərlinin günahsız olduğunu, bu səbəbdən də onun azadlığa buraxılmasına köməklik gösətrməyi xahiş edib. İkinci məktubu isə 9 fevral 2016-cı il tarixində ünvanlayıb və həmin məktubda heç deyilsə şairin həbsinin ev dustaqlığı ilə əvəzləndirilməsini xahiş edib.
Ə.Şəkərova ümid edir ki, Vergilər Nazirliyinin anti-korrupsiya idarəsinə ünvanladığı 12 fevral 2016-cı il tarixli yuxarıdakı məktubu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi tərəfindən nəzərə alınacaq, S.Şəkərli haqqıdna seçilən həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunacaq.
Xatırladaq ki, Bakı şəhər sakini Saday Şəkərli dekabrın 23 – də həbs edilib. Ona Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb və barəsində üç ay həbs qəti imkan tədbiri seçilərək Kürdəxanı həbsxanasına göndərilib.
Məlumat üçün qeyd edək ki, Rusiya Yazıçılar İttifaqı, Başqırdıstan Yazıçılar Birliyi şairin azad olunması ilə bağlı ölkə başçısına xahişlə müraciət edib. Eləcə də, Saday Şəkərlinin Hüquqlarını Müdafiə Komitəsi, Rusiyada və Azərbaycanda yaşayan çoxsaylı oxucular eyni xahişlə ölkə prezidentinə müraciət ünvanlayıb.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın