Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Sabirabad təhsilində rəzalət – ŞİKAYƏT VAR

Sabirabad təhsilində rəzalət – ŞİKAYƏT VAR

Sabirabad rayonunda məktəb direktorları və müəllimlər bir aydan çoxdur ki, çətin vəziyyətə düşüblər. GUNDEMİNFO.AZ-a verilən məlumata əsasən bir müddət əvvəl rayonun təhsil şöbəsində və orta məktəblərində aparılan yoxlamaların nəticəsi olaraq 14 direktor işdən azad edilib. Onlardan 6 direktor yeyinti faktlarına, 8 direktor isə işdə yol verdikləri kobud səhlənkarlığa görə vəzifəsi ilə vidalaşmalı olublar. Nəticə etibarilə də Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyadov işindən azad edilib.

Daxil olan məlumata əsasən bir aya yaxındır ki, rayonun təhsil şöbəsinin müdiri vəzifəsini birinci müavin Azər Quliyev icra edir. Şikayət edən direktorlar bildirir ki, təhsil şöbəsinə müdiri təyin olunmaq üçün Azər Quliyev direktorlarla danışıqlar aparır. 14 məktəbə yeni direktor təyin etdirmək üçün vədlər verir.

Onu da əlavə edək ki, Azər Quliyev də uzun illər Elman Bünyadovla bir yerdə çalışıb. Bizə müraciət edən təhsilişçiləri deyir ki, E.Bünyadovun dövründə hər hansı bir qüsur aşkar edilibsə, bundan A.Quliyevin də xəbəri olmamış deyil. Hər halda təhsil şöbəsinin müdiri işdən çıxıbsa, o zaman ortada olan üsurlara görə, birinci müavin də cavabdehlik daşımalı idi. Hansı ki, indii keçmiş müdirinin günahlarından faydalanaraq kreslo sahibi olmağa can atır…
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın