Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Sabir Rüstəmxanlıdan yol polisinə etiraz – “Sumqayıtdan Bakıya kimi 7 radar qurulub”

Sabir Rüstəmxanlıdan yol polisinə etiraz – “Sumqayıtdan Bakıya kimi 7 radar qurulub”

“Quba yoluyla gələndə Sumqayıt ayrıcından Bakıya kimi məsafə 16 km-dən çox olmaz. Maraq üçün saydım 7 radar, 2 Yol- Polis məntəqəsi”.

Gununsesi.info xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib.

O, deyib ki, bu, Gennesin rekordlar kitabina düşməli bir biabırçılıqdır:
“Sürücünü də belə ələ salmaq , az qala hər km-dən bir nəzarət qurgusu qoymaq olar?!. Bütün yollarımız doludur bu pul tələləriylə. Türkiyənin hansı bölgəsindəsə yoxlama aparıb bu yolla əhalinin necə amansızca soyulduğu üzə çıxarılmış və qurgular sökülüb atılmışdı. Qudurğanlar radara filana baxmırlar, normal sürücülərsə nəzarətsiz də öz işlərini bilir. Biz işlərimizi normal insanlara görə qurmalıyıq. Addım başı maşının sürəti minimima endiriləcəksə, gözün yola baxmaqdansa yolüstü qurgularda qalacaqsa, onda bu gözəl otobanlar, sürət yolları niyə tikilirdi?”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın