Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Sabiq polis rəisinə qarşı dələduzluq edən qadın apellyasiya şikayəti verib

Sabiq polis rəisinə qarşı dələduzluq edən qadın apellyasiya şikayəti verib

Sabiq polis rəisinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aygün Babaşova barəsində hökmdən apellyasiya şikayəti verib.

APA-nın məlumatına görə, şikayət üzrə ilkin baxış iclası oktyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aygün Babaşova 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, A. Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib. O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq.

Zərərçəkənlərdən Məhəmməd Məhəmmədov Şəkidə 25 il Dövlət Yol Polisi Bölməsinin rəisi olub. Aygün Babaşova biznes qurmaq adı ilə onun 200 min manatını alaraq dələduzluq edib.

A. Babaşova Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın