Şənbə , Avqust 15 2020
Ana səhifə / Şou Biznes / Sabiq nazir prezidentin iştirak etdiyi mərasimdə üzə çıxdı…

Sabiq nazir prezidentin iştirak etdiyi mərasimdə üzə çıxdı…

Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri (2004–2015), akademik Əli Abbasov uzun fasilədən sonra rəsmi şəxslər arasında görünüb.

Əli Abbasov bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında Prezident İlham Əliyevin iştirakı ilə keçirilən tanınmış alim Rəfiqə Əliyevanın vida mərasimində iştirak edib.

Mərasimdə hökumət üzvləri ilə söhbət edən Əli Abbasov jurnalistlərin sualına cavab verməkdən imtina edib.

Xatırladaq ki, mayın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov sözügedən nazirlikdə nazirin birinci müavini işləmiş İltimas Məmmədova (Hazırda Nəqiyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavinidir – müıllif) qarşı ifadə verib. Vidadi Zeynalov ifadəsində İltimas Məmmədov və Əli Abbasovla bağlı sensassion açıqlamalar verib. (Ölkə.az)

Həmçinin oxuyun

Nura Suri: “Mənə mesaj yazıb, iş istəyirlər”

Populyar müğənni Nura Surinin tikinti şirkətlərinin birində reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunması …

Bir cavab yazın