Şənbə , Oktyabr 19 2019
Ana səhifə / Şou Biznes / Sabiq deputat: “Elmlər Akademiyasının adı da qüsurludur, özü də..”

Sabiq deputat: “Elmlər Akademiyasının adı da qüsurludur, özü də..”

Sabiq deputat, Milli Məclisin Elm və Thsil Komissiyasının keçmiş sədri professor Şahlar Əsgərov bir nüçə gün öncə modern.az saytıda Azərbaycan Milli Elmlər Akademiyası haqqındakı fikirlərinə aydınlıq gətirib. Professorun fikrincə, EA-nın birdəfəlik bağlanması yox, bu qurumun yenidən təşkil olunması, rekonstruksiyası lazımdır.
“Məlumdur ki, XXI əsr elmə söykənən əsrdir. Bu o deməkdir ki, elm həm birbaşa, həm də dolayısı ilə inkişafa xidmət etməlidir. Sənayedə maddi məhsulla bərabər, elmi tutumlu məhsul da istehsal olunmalıdır. Ümumi Daxili Məhsulda intellektual məhsulun payı olmalıdır. Bizim qiymətli alimlərimiz həmişə olub. Bu alimlərin elmini, biliyini intellektual məhsula çevirən quruma da ehtiyac var. 1945-ci ilda belə bir çevrici qurum olaraq Azərbaycan Elmlər Akademiyası (AEA) yaradıldı. Sadə dillə desək, Akademiya alimlərin intellektual potensialını xalqın xoş güzaranına çevirən bir “maşındır”. Akademiyanın bağlanması yox, bu qurumun yenidən təşkil olunması, rekonstruksiyası lazımdır.  Bu səbəbdən də postsovet məkanında yaranan dövlətlərin çoxunda Təhsil Nazirliyi ilə Akademiyanın əsasında “Elm və Təhsil Nazirliyi” yaradılıb. 1960-cı illərdə bu qurum öz məqsədinə layiqincə qulluq edib. Neftçi alimlərin hesabına dənizdən neft çıxardıldı. Ölkənin ÜDM formalaşmasında alimlərin rolu böyük oldu. Onların əməyindən bu gün xalqımız faydalanır”.
Bununla yanaşı Ş.Əsgərov AMEA-nın faydalı iş əmsalının zəifliyini də dilə gətitib: 
“Müasir dövrdə akademiyanın faydalı iş əmsalı çox aşağıdır və özünü təkmilləşdirə bilmir. Dövlətin elmə xərclədiyi pulu, sonralar cəmiyyətə qaytara bilmır. İndi bu qurum Azərbaycan Milli Elmlər Akademiyası adlanır. Bu ad da qüsurludur. Hələ 100 illər öncə Çexov demişdi: “Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur; nə millidirsə, o artıq elm deyil”. Çexovun səhvin heç humanitar akademiklər də tuta bilməzlər”.

Həmçinin oxuyun

Məleykə Əsədova: “Gənc qızları psixoloqa göndərin” – VİDEO

“Uşaqların o yaşıdır ki, ağılla sevə bilmirlər. Ya biri özünü öldürür, ya başqa şey edir. …

Bir cavab yazın