Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Sabiq deputat Dünyamin Xəlilovun məhkəməsi başlayır

Sabiq deputat Dünyamin Xəlilovun məhkəməsi başlayır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilovun və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Virtualaz.org saytının xəbərinə görə, məhkəmənin hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutacağı gözlənilir.

Sabiq deputat “Beynəlxaq Bank əməliyatı” zamanı həbs edilən şəxslərdəndir. Bankın İdarə Heyətinin sabiq sədri olmuş Cahangir Hacıyevdən sonra Xəlilov da digərləri ilə birlikdə həbs edilmişdi.

Sabiq deputat mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vergi ödəməkdən yayınma kimi cinayətlərdə ittiham olunur.

Xəlilov sabiq deputat olmaqla yanaşı, həm də iş adamıdır. O, “Globus Plaza”nın sahibidir.

Xatırladaq ki, D.Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal 2011-ci ildə başlayıb. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub.

2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın