Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Sabiq deputat Diananın “Eurovision”da qalib gəlməməsini arzulayanlara qarşı çıxdı

Sabiq deputat Diananın “Eurovision”da qalib gəlməməsini arzulayanlara qarşı çıxdı

Sabiq deputat Etibar Hüseynov sosial şəbəkələrdə builki “Eurovision” təmsilçimiz Diana Hacıyevanın qalib gəlməməsini arzulayanlarla bağlı status yaıb. E.Hüseynovun statusu aşağıdakı kimidir:

“Diana Hacıyevanın “Eurovision-2017” yarışmasında finala adlamasından sonra “dua edək ki, qalib gəlməsin; Eurovision Bakıda keçirilməsin” tipli statuslara çox rast gəldim. Təəssüf, çox təəssüf. Ermənidən çox, erməni arzusuyla yaşadığınıza görə yazıqlar olsun.

“Eurovision” dünyanın ən mötəbər yarışması hesab olunur. Faktiki musiqi olimpiadasıdır, bir növ. Neçə illərdir ki, ermənilər başda olmaqla onlarla ölkə ona ev sahibliyi etmək xəyalı ilə yaşayır. Biz isə…

Biz isə qısa müddət ərzində yarışmada qalib olduq, ev sahibliyi elədik. Azərbaycan olaraq dünyaya (ilk dəfə olaraq) ən geniş miqyasda təqdim olunduq. Ən əsası isə ermənilərə göz dağına çevrildik.

Bütün bunları ilk dəfə, təcrübəmiz, müvafiq infrastrukturamız olmadan etdik. İndi isə bütün bunlar var.

Azərbaycanı dünyaya təqdim etmək, üstəgəl büdcəyə qazanılacaq pullar, ticarət, turizm, nəqliyyat, qida sektorunda və sair sahələrdə çalışanların qazanc əldə etməsi. Və ən əsası düşmənlərimizə veriləcək növbəti göz dağı.

Amma nə yazıq ki, bəzilərimiz bütün bunları həftə ərzində 10-15 dəqiqəlik tıxacda yubanmağa qurban verməyə hazırdır. Guya ki, bu kişinin uşaqları 5-6 gün, 5-10 dəqiqəlik tıxacda yubansalar babalarından qalma xəncərlərinin daşı düşər.

Bəs hanı sizlərin il boyu sərgilədiyiniz “vətənpərvərlik”, “patriotluğunuz”?

Buraya qədərdimi?

İndi bircə anlığa da ermənilərin “Eurovision” qalibi olmasını təsəvvür edin. Təsəvvür edə bildinizmi? Mənsə edə bilmirəm. Etmək də istəmirəm. Ona görə də bu gecə Azərbaycanımın timsalında Diana Hacıyevanın qalib olması üçün dua edəcəm”.(Musavat.com)

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın