Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Sabiq baş nazir: “Müxalifətin varlığından da, yoxluğundan da xəbərsizəm…”

Sabiq baş nazir: “Müxalifətin varlığından da, yoxluğundan da xəbərsizəm…”

Mərkəzi Bankın “üzən məzənnə”yə keçid etməsindən sonra manatın dollar və avro qarşısında ikinci dəfə devalvasiyaya uğraması ölkəni iqtisadi problemlərlə üz-üzə qoyub.

Artıq valyutadəyişmə məntəqələrində dolların məzənnəsi 2 manata yaxınlaşmaq üzrədir. Ekspertlər deyir ki, indi hamının diqqəti hökumətin atacağı addımlara dikilib.

Azərbaycanın keçmiş baş naziri olmuş Rəhim Hüseynov mətbuata açıqlamasında yaranmış situasiyanı belə şərh edib.

“İndi dünyada dayanmadan neftin qiyməti düşür.Biz çalışmalıyıq ki, neftin qiyməti qalxsın. Neftdən asılı dövlətlərdənik. Neftin qiyməti qalxmasa manatın kursu belə davam edə bilməyəcək. Həmçinin, kənd təsərrüfatımız sürətlə inkişaf etməlidir. Bu sahə üzrə daha çox səy göstərmək lazımdır”.

Sabiq baş nazir vurğulayıb ki, dövlətdə təmsil olunanlar bir araya toplaşıb vəziyyətdən çıxış yolu axtarmalıdır.

“Ölkədəki iqtisadi vəziyyət yaxşılaşmağa doğru getməlidir. Bunu həyata keçirmək üçün alternativ yollar axtarılmalıdır. Birinci növbədə, iqtisadçıların üzərinə böyük yük düşür.

Onlar təkliflər verməlidir. Həmçinin, dövlətimiz təcili tədbirlər görməlidir. Dövlət xadimləri, nazirlər bir araya toplaşıb çıxış yolu axtarmalıdır. Bu məsələdə dövlət başçısının yanında olmalıdırlar. Həmçinin, bu məsələnin həllində doğru yolla çalışmalıdırlar. Korrupsiya məsələsi ləğv edilməlidir.

Eyni zamanda, ziyalılarımız bir araya gəlib təkliflər irəli sürsələr yaxşı olar”. Rəhim Hüseynov müxalifətin təkliflərinə isə belə cavab verib: “Müxalifət barədə nəsə deyə bilmərəm. Çünki onların varlığından da, yoxluğundan da xəbərsizəm”.

Qeyd edək ki, Rəhim Hüseynov 1992-ci ilin may ayının ortalarından 1993-cü ilin 30 yanvarına qədər Azərbaycanın baş naziri olub.(modern.az)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın