Cümə axşamı , İyun 24 2021
Ana səhifə / Şou Biznes / Sabah Natiq Əliyevin qırx mərasimi keçiriləcək

Sabah Natiq Əliyevin qırx mərasimi keçiriləcək

Mərhum energetika naziri, “Şöhrət” ordenli əməkdar mühəndis Natiq Əliyevin qırx mərasimi sabah Heydər məscidində keçiriləcək.

Bu barədə Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva məlumat verib.

Qeyd eək ki, ürəyində problem yaranan Natiq Əliyev iyunun 3-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş, daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbul şəhərinə aparılmışdı. Nazir iyunun 8-də İstanbulda müalicə aldığı “Florence Nightingale” xəstəxanasında dünyasını dəyişib.

N.Əliyev 1993-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti olub. 2005-2013-cü illərdə sənaye və energetika naziri, 2013-cü ildən ömrünün son gününə qədər Azərbaycan Respublikasının Energetika naziri vəzifəsində çalışıb.

Həmçinin oxuyun

“Fəlakət”in keçmiş arvadı sirləri açdı: “Susmağımız, bəlkə də, doğru deyil”

Xəbər verdiyimiz kimi Fəlakət obrazı ilə tanınan Elşən Orucov boşanıb. Aktyor təxminən iki ay öncə …

Bir cavab yazın