Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Saatlının kolxoz bazarına kimlər od qoyub?

Saatlının kolxoz bazarına kimlər od qoyub?

Saatlıdakı ticarət mərkəzinin qəsdən yandırılma ehtimalı var.

Bu barədə Moderator.az-a sözügedən ticarət mərkəzində işləyən şəxslər bildirib.

Onların sözlərinə görə, polis rəisi ilə ticarət mərkəzi rəhbəri arasında pul üstündə daim mübahisə olurmuş. Məhz buna görə də polis rəisi uzun müddət bazar ətrafında maşınların saxlanılmasına icazə vermirmiş. Satıcılar ehtimal edir ki, bazar bu münaqişənin güdazına gedib.

Maraqlıdır ki, yanğın təhlükəli olmadığı yerlərdə belə polis mağaza sahiblərinə nəyisə çıxartmağa imkan verməyib.

Xatırladaq ki, gecə saatlarında Saatlı rayonunda yerləşən ”Araz Şöhrət” ticarət mərkəzi (keçmiş kolxoz bazarı) yanıb. Ticarət mərkəzinin xeyli hissəsi tamamilə yanıb. Yanğın səhər saat 8.00 radələrində lokallaşdırılıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Saatlı, Sabirabad və İmişli Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, ümumi sahəsi 11694 kv.m olan mərkəzi bazarın yanar konstruksiyaları və içərisində olan qarışıq mallar 3200 kv.m sahədə yanıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın