Ana səhifə / Şou Biznes / Sərxan Kərəmoğlu “Lider” TV-dən qovuldu

Sərxan Kərəmoğlu “Lider” TV-dən qovuldu

Aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Mətanət Əsədovaarasında “Lider” telekanalında əsası qoyulmuş qalmaqal nəticəsiz ötüşməyib.
News24.az xəbər verir ki, “Lider” TV-də cəmi bir neçə gün yayıma çıxmış “Xoş gəldin” proqramı bağlanıb və Sərxan Kərəmoğlu kanalın qapısından içəri buraxılmayıb.
Məlumata əsasən, şirkətin prezidenti canlı efirdə nümayiş olunan biabırçı olaya görə, verilişi bağlamaq qərarı alıb. Sərxan Kərəmoğlunun halı şirkətin mühafizəçiləri tərəfindən içəri buraxılmadığı üçün pisləşib.
Sayt məsələylə bağlı verilişin digər aparıcısı rəqqasə Fatimə Fətəliyeva ilə əlaqə saxlayıb. Rəqqasə məsələnin necə sonuclanacağından məlumatsız olduğunu bildirib: “Düzünü desəm, nə baş verir, bilmirəm, biz proqrama çıxmalıydıq, çıxmadıq. Bazar ertəsi bu məsələyə aydınlıq gətiriləcək”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …