Ana səhifə / Şou Biznes / Şərəfliyə şərəfsiz demək… – Ehsan Zahidov

Şərəfliyə şərəfsiz demək… – Ehsan Zahidov

Dünən xəbər saytlarından birində sosial şəbəkələrə istinadən bir informasiya yayıldı. İnformasiyada bildirilirdi ki, polis əməkdaşları Bakıda moruq satan gənclərə küçə ticarətinin qanunsuz olduğunu bildirib. Lakin gənclər israr ediblər. Sonda guya polislər moruq yığılmış arabanı aşırtmalı olublar…

Xəbər polislərlə bağlı olduğu üçün sosial şəbəkədəki həmin informasiyanı tapdım və necə deyərlər, “orginaldan” oxudm. Demə, sayt bu xəbəri xeyli təmizlədikdən sonra öz səhifəsinə yerləşdiribmiş. Əslində isə xəbəri paylaşan bu “ürəyiyumşaq” adam, müəyyən edilməmiş yerdə küçə alveri ilə məşğul olanların guya halına acıyaraq, xidməti vəzifələrinin icrası ilə məşğul olan polis əməkdaşlarının ünvanına özünə layiq bildiyi ifadələr işlətməkdən belə çəkinməyib. Hələ üstəlik, nə vaxtsa hardasa çəkdiyi bir aşmış araba şəklini də təsdiqləyici fakt kimi məlumatına əlavə edib.

Görən bu “sosfəal” hələ bilmir ki, bütün sivil dövlətlərdə olduğu kimi, Azərbaycanda da küçə ticarətinə son qoyulub. Moruq da, gül də, avtomobil də yalnız şəhərlərin icra orqanlarının müəyyən etdiyi ərazilərdə satılmalıdır və satılır da. Bu, həm insanların təhlükəsizliyi, həm də küçələrin təmizliyi deməkdir. İkincisi, asayişin mühafizəsini təmin edən polisin qanunla müəyyən edilmiş qaydada küçə ticarətinə, avaralıq və dilənçiliyə qarşı mübarizə aparması nə vaxtdan şərəfsizlik olub…? Gecə-gündüz, yağış-qar, 40 dərəcə isti demədən ictimai asayişimizi, təhlükəsizliyimizi fasiləsiz olaraq qoruyan şərərəfli peşə sahiblərinə “şərəfsiz” damğası vurmağa cəhd edən belə “fəal”ın özünün şərəfi məncə çox şübhəlidir…

Məgər bu zat anlamırmı ki, sabah polis əməkdaşları şərəf və ləyaqətin müdafiəsi iddiası ilə məhkəməyə müraciət edə bilərlər?! Əgər belə bir müraciət olarsa, görən bu “sosfəal” hansı üzlə hansı cavabı verəcək? Əlacı yalnız ona qalacaq ki, açıq təhqir etdiyi polislərə yalvarsın ki, onu əfv etsinlər… Birdəfəlik onu da anlamalıdı ki, şərəfliyə şərəfsiz demək, ən böyük şərəfsizlikdir…

DİN Mətbuat Xidmətinin rəis müavin Ehsan Zahidov

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın