Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Səməd Seyidov AŞPA-da nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırıldı

Səməd Seyidov AŞPA-da nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırıldı

Diplomatik mənbələrdən haqqın.az saytına bildirildiyinə görə, Səməd Seyidov AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Məlum olub ki, Robert Uolterin «Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması» məruzəsinin müzakirəsinə cəmi bir həftə qalmış Səməd Seyidov AŞPA-ya məktub göndərib.

Həmin məktubda Azərbaycan torpaqlarının işğalı faktı qeyd olunmayıb və Ermənistanın hərbi təcavüzünün AŞPA tərəfindən qınanmasına çağırış əksini tapmayıb. Məktubun, demək olar ki, bütün məzmunu AŞPA-nın sülhməramlı fəaliyyətinə və bu fəaliyyətin regionda gücləndirilməsinin vacibliyinə həsr olunub.

Robert Uolterin məruzəsi üzrə səsvermə zamanı erməni nümayəndə heyəti və lobbisi bu məruzənin əsassız olmasını sübuta yetirmək üçün Səməd Seyidovun məktubundan istifadə ediblər və bu, sənədin qəbul edilməməsinin əsas səbəblərindən biri olub.

Bundan sonra qərara alınıb ki, Səməd Seyidov AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılsın. Onun yerinə isə millət vəkili Vüsal Hüseynov təyin olunub. 35 yaşlı Vüsal Hüseynov Harvard universitetinin məzunudur. Müxtəlif dövrlərdə Prezident Administrasiyasında çalışıb və Korrupsiya ilə mübarizə üzrə komissiyanın katibi olub. 2015-ci ildə Ucar rayonundan millət vəkili seçilib.  Virtualaz.org

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın