Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Şəbnəm Tovuzlu yəhudilərin etirazından danışdı

Şəbnəm Tovuzlu yəhudilərin etirazından danışdı

Mətbuatda müğənni Şəbnəm Tovuzlunun İsraildə keçiriləcək konserti ilə bağlı maraqlı xəbər yayılıb. Xəbərə görə, vaxtı ilə Azərbaycanda yaşayıb sonra İsrailə köçən yəhudilər müğənni Şəbnəm Tovuzlunun orada nəzərdə tutulan konsertinə etiraz edib.

Onlar ölkəmizdə 79 şəhidimizin və onlarla yaralımızın olduğunu, İsraildə bütün mədəni tədbirlərin təxirə salındığını bildirərək, Şəbnəm Tovuzlunun İsrailə səfər etməməsini tələb ediblər.

Bundan başqa, sənətçinin köməkçisinin jurnalistə konsert layihəsinin təxirə salınması ilə bağlı danışıqların getdiyini bildirməsi də qeyd olunub. 

Yenisabah.az müğənninin özü ilə əlaqə saxlayıb. Şəbnəm Tovuzlu yəhudilərin konsertə etiraz etməsi xəbərini yalanlayıb:

“Bu məlumat yalandır. İki ay əvvəldən İsraildə konsertin təşkil olunacağı ilə bağlı anons verilirdi. 

Əksinə, mən özüm şəhidlərimizə görə konsertimi təxirə salmışam. Onlar nə qədər məndən gəlməyimi tələb etsələr də, razılaşmamışam. 

Orada bizim təşkilatçılığa qarşı olan başqa bir qrup da var. Bu, onların qurması və yalanıdır. Məndən savayı, digər bir-iki müğənninin konsert anonsları olub, amma tamaşaçılar gəlməyib. Bizdə isə bilet satışı çox gözəl olub. 

Hər kəs məndən çox yüksək səviyyədə konserti verəcəyimi gözləyib, sadəcə, mən məlum məsələylə bağlı imtina etmişəm. Yəni, heç bir etiraz olmayıb. Konsert isə təxirə salınaraq oktyabrın sonuna danışıldı”.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …