Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Şəbnəm Tovuzlu “Beyaz show”da qonaq olacaq – VİDEO

Şəbnəm Tovuzlu “Beyaz show”da qonaq olacaq – VİDEO

Müğənni Şəbnəm Tovuzlu Türkiyə səfərindən danışıb.

Musavat.com saytına açıqlama verən ifaçı deyib: “Türkiyədən təklif gəldi, 8 ay düşündüm, sonra qəbul etdim. Söz  və musiqisi Ekinə məxsus olan “Gəlin” mahnısını Ekinlə duet oxuduq. Klip çəkildi. Yaradıcı heyət türklər idi deyə Bakıda təqdimat etmədim. Klipim də “Kral”da yayımlanır. Martda gedəndə bir neçə proqramda qonaq oldum. Aparıcı məni “Azərbaycanın bülbülü” adlandırdı. Duetimiz də qısa zamanda sevildi. Bu sevindirici haldır”.

Müğənni Türkiyənin məşhur proqramı “Beyaz show”ya qonaq olacağını açıqlayıb: “Türkiyə şou-biznesinə qoşulmağı düşünməmişəm. Mənə qane edən iş olsa, Türkiyədə yüksək məbləğdə pul xərcləyib iş ortaya qoyaram. Məni oraya çəkən “Qadasını alaram” mahnımın orada sevilməyidir. Ramazandan sonra “Beyaz show”ya qonaq olacağam. Danışıqlar bitib, qonaq olacağım dəqiqləşib. İşlərimiz davamlı olacaq”.

İfaçı Türkiyədə uğur qazana bilməyən həmkarlarından da danışıb: “İki-üç il öncə çılğın idim, hər şeyə əsəbləşirdim. İndi heç nəyə fikir vermirəm. Ruzini Allah verir. Biri uğur qazanır, biri qazanmır. Düşünmürəm ki, onlar ayağımın altını qazarlar, ya da bunu bacararlar. Çünki Türkiyədən məni işbirliyinə çağırıblar. İfamı, özümü sevirlər. Kimsə buna mane ola bilməz”. Musavat.com

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …