Ana səhifə / Şou Biznes / Şəbnəm Tovuzlu bacısını axtarır: “Övladlıq veriblər”

Şəbnəm Tovuzlu bacısını axtarır: “Övladlıq veriblər”

Müğənni Şəbnəm Tovuzlu bacısının axtarışına çıxıb.

Müğənni bu barədə sosial şəbəkədə yazıb:

“Bu həyatda bütün arzularım çin olub. Allahıma şükür etmişəm. İki arzum var. Deyilənə görə məndən əvvəl bir bacım olub. Anamgil tələbə olduğu üçün bacımı qohumlardan birinə övladlıq veriblər. Daha sonra mən doğulmuşam. Bir yaşımda anam rəhmətə gedib. Məni xalam saxlayıb. 16 yaşıma kimi xalamı ana bilmişəm. Bacımı məndən gizlədirlər, amma gizlətməsinlər. Biz bir-birimizi tapsaq, yaxşı olar. Düşünürəm ki, o da məndən xəbərsizdir”.
Musavat.com

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …