Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Səyyar xidmət şəxsiyyət vəsiqələrini yeniləyir

Səyyar xidmət şəxsiyyət vəsiqələrini yeniləyir

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Bu barədə Azinforum.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə növbəti belə tədbirlər respublikanın Quba, Qusar, Şamaxı, Masallı, Cəlilabad, Tovuz, Şəmkir, Ağsu, Zərdab və Samux rayonlarında baş tutub.

Səyyar xidmətlər zamanı Quba rayonunda 848, Qusar rayonunda 281, Masallı rayonunda 340, Cəlilabad rayonunda 252, Tovuz rayonunda 478, Ağsu rayonunda 47, ümumilkdə, 2250-yə yaxın şəxsin müvafiq sənədləri qəbul edilib. Şəmkir rayonunda 1331, Şamaxı rayonunda 30, Zərdab rayonunda 68, Samux rayonunda isə 352 , ümumilikdə, 1800 nəfərə yaxın vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

Belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın