Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Şou Biznes / Şəxsiyyət vəsiqəsini başqasına verməyin! – VİDEO

Şəxsiyyət vəsiqəsini başqasına verməyin! – VİDEO

Bəzi əşyaları və ya geyim kirayə götürdükdə şəxsiyyət vəsiqəsi tələb olunur. Daha dəqiq desək, beh qoyursan və şəxsiyyət vəsiqəsini təqdim edirsən. Əşyanı qaytardıqda isə şəxsiyyət vəsiqəni geri götürürsən. Mütəxəssislər isə xəbərdarlıq edirlər! Şəxsiyyət vəsiqəniz cinayətdə istifadə oluna bilər.
Kirayə bazarında şəxsiyyət vəsiqəsi əsas götürülür. Kirayə götürən şəxsdən girov kimi şəxsiyyət vəsiqəsini qoyması tələb olunur.
Kitabxana, kirayə geyim və disk dükanları kimi bir çox sahələrdə şəxsiyyət vəsiqəsinin girov kimi tələb olunması adi hala çevrilib. Bir çox insan başına gələ biləcək təhlükədən xəbərsizcəsinə vəsiqəsini tanımadığı şəxsə əmanət edir.
Əslində isə şəxsiyyət vəsiqəsi bir çox cinayətlərdə maddi sübut kimi istifadə oluna bilər. Kimsə sizinşəxsiyyət vəsiqənizlə mobil nömrə ala və ya onu cinayət yerində qəsdən unuda bilər.
Qeyd edək ki, qanunvericiliyə görə, şəxsiyyəti təsdiq edən sənədi girov formasında saxlamaq qanuna ziddir. Kirayəyə əşya götürdükdə isə tərəflər arasında girov müqaviləsi bağlanılmalıdır. Sahibkarlar isə vergi ödəməmək üçün məhzvəsiqə tələb edirlər.
Şəxsiyyət vəsiqəsi vacib sənəd sayıldığından hətta itdiyi zaman aidiyyəti orqanlara xəbər verilməlidir.

Həmçinin oxuyun

“Sarı gəlin” balet kompozisiyası onlayn təqdim olunub

Dünyanı silkələyən pandemiya dövrü hər kəs üçün çətin olsa da, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının …

Bir cavab yazın