Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Şou Biznes / “Səsim batanda dedim ki, yaxşı ki, belə oldu” – Akif İslamzadə

“Səsim batanda dedim ki, yaxşı ki, belə oldu” – Akif İslamzadə

Müğənni Zamiq Hüseynov əfsanəvi sənətkar Akif İslamzadəni doğum günü münasibətilə təbrik edib.

Qafqazinfo xəbər verir ki, Hüseynov instaqram səhifəsində yazdığı bu sözləri ilə diqqət çəkib:

“Sənətkar, doğum gününüz mübarək, yaxşı ki, varsınız. Bir sözü heç vaxt yadımdan çıxmayacaq. Dedi ki, səsim batanda çox narahat oldum, çox özümə qapandım, çox pis idim… Amma zaman keçdi, dedim ki, yaxşı ki, belə oldu! Mən anladım və gülümsədim. O demək istədi ki, Allah hər insana öz işini zirvədə buraxmağı nəsib etsin!”

Qeyd edək ki, bu gün A. İslamzadənin 74 yaşı tamam olur.

Həmçinin oxuyun

Müğənni Rəhim Rəhimli vəfat edib

Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib. Bu barədə Xalq artisti Faiq Ağayev “Instagram” hesabında …