Çərşənbə , İyun 19 2019
Ana səhifə / Şou Biznes / “Sərhəd cinayətləri ilə mübarizədə müasir rabitə vasitələrindən istifadə”

“Sərhəd cinayətləri ilə mübarizədə müasir rabitə vasitələrindən istifadə”

Azərbaycan və Gürcüstan sərhəd qurumlarının nümayəndələri sərhəd pozuculuğu ilə mübarizədə kommunikasiya vasitələrindən istifadəyə dair qabaqcıl təcrübənin öyrənilməsi üçün bir araya gəliblər. Bununla bağlı “Sərhəd cinayətləri ilə mübarizədə müasir rabitə vasitələrindən istifadə” adlı təlim öz işinə başlamışdır.

Təlim Dövlət Sərhəd Xidmətinin BMT-nin İnkişaf Proqramının və Avropa İttifaqının birgə həyata keçirdiyi layihə çərçivəsində təşkil edilmişdir. Tədbiri giriş nitqi ilə açan BMT-nin strateji əməkdaşlıq üzrə müşaviri, layihənin rəhbəri Məzahir Əfəndiyev bildirib ki, əsas məqsəd nəticə etibarilə regionda və bütöv Avropanın qonşuluğunda ümumi təhlükəsizliyə müsbət təsir göstərməklə, iki ölkə arasında yaşıl sərhəddə əlaqələndirilmiş tədbirlər mexanizmini yaratmaq və tətbiq etmək üçün Azərbaycanda və Gürcüstanda sərhəd orqanlarının fəaliyyət potensialını inkişaf etdirməkdən ibarətdir. Layihə çərçivəsində bir neçə istiqamətdə ardıcıl fəaliyyət aparılmış, layihənin əhatə etdiyi sərhəd zolağında mövcud fiziki infrastrukturun təkmilləşdirilməsi istiqamətində işlər görülmüş, müvafiq sərhəd bölmələrinin texniki təchizatı yaxşılaşdırılmışdır.

M. Əfəndiyev bildirib ki, layihənin əsas məqsədlərindən biri də benefisiar ölkələrin müvafiq qurumlarının daxilində təlimçi potensiallarının yaradılması ilə müxtəlif mövzularda silsilə təlimlərin keçirilməsidir.

Daha sonra tədbirdə çıxış edən Miqrasiya Siyasətinin İnkişaflı üzrə Beynəlxalq Mərkəzin ekspertləri Zdravko Slaveş, Robert Mohorik, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin məsul əməkdaşları – polkovnik-leytenant Mərdan Mərdanov, Əli Əliyev, İlkin Xudiyev və digərləri layihənin Cənubi Qafqaz üçün əhəmiyyəti və regional təhlükəsizliyin təmin olunmasında rolu barədə fikirlər bildiriblər.

Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşı, layihənin idarəetmə şöbəsinin müdir müavini Tamar Salukvadze, Gürcüstan Sərhəd Polisinin Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri Sofiko Beridze və digər gürcü partnyorlar da layihənin hər iki ölkənin əməkdaşlığının daha təhlükəsiz müstəvidə davam etdirilməsi və bu işin uğurla başa çatdırılması üçün zəruri tələblər barədə çıxış ediblər.

Təlim mayın 5-dək davam edəcək və iştirakçılar təşkilatçı qurumların birgə sertifikatı ilə təltif olunacaq.

Anar TURAN

Həmçinin oxuyun

Sevda ikinci ərindən də ayrıldı – Foto

Müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən ayrılıb. “Yeni Sabah” xəbər verir ki, o, boşandığını …

Bir cavab yazın