Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Şou Biznes / Sənubər İsgəndərli ilə 3 ay sevgili olduq — Xalq artistindən şok etiraf

Sənubər İsgəndərli ilə 3 ay sevgili olduq — Xalq artistindən şok etiraf

Akademik Milli Dram Teatrının məşhur aktyoru, Xalq artisti Əjdər Həmidov “Hər şey daxil”də gözlənilməz etirafı ilə təccübləndirib.
UlduzumSan.Az Milli.Az-a istinadən xəbər verir ki, hər şey aparıcı Tarix Əliyevin (Tolik) xalq artistinə ünvanladığı “”Kişi sözü” filmindən sonra əməkdar artist Sənubər İsgəndərli ilə aranızda sevgi olduğu barədə söz-söhbətlər dolaşdı. Doğurdanmı bir kişinin tərəf müqabilinə sevgi hissi ola bilər?” sualından sonra ortaya çıxıb.

Əjdər Həmidov filmdə aşiq olduğu qadın obrazını canlandıran Sənubər İsgəndərlini, həqiqətən, sevdiyini etiraf edib:
“Bilirsiniz necə oldu? Filmin rejissoru Cahangir Mehdiyev çəkdi məni kənara. Deməli, filmdə Qasım (Əjdər) Solmazı (Sənubər İsgəndərli) sevir. Dedi ki, “Əjdər, sən Sənubəri sevməlisən. Yoxsa, alınmayacaq, təbii olmayacaq, inanmayacağıq. Dedim “Cahangir müəllim, sevmək bəyəm “zakaz”ladır?” Amma boynuma alıram ki, qısa müddətdə mən Sənubəri sevməyə başladım. Mənə deyin görüm, onu sevməmək olar? Amma bizim sevgimiz çox qısa müddətli oldu – 3 ay. Film qurtaran kimi Sənubər xanım öz yoluna, mən öz yoluma. Sevgi də bitdi”. 

Həmçinin oxuyun

“Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən …